...

Dövlət Miqrasiya Xidmətində yeni baş idarə yaradılıb

Cəmiyyət Materials 16 İyul 2011 11:10 (UTC +04:00)
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında" 2007-ci il 14 may tarixli sərəncamda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
Dövlət Miqrasiya Xidmətində yeni baş idarə yaradılıb

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Dövlət Miqrasiya Xidmətində (DMX) yeni baş idarə yaradılıb.

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında" 2007-ci il 14 may tarixli sərəncamda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Həmin sərəncamda DMX-də Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin yaradılması barədə göstəriş verilib.

DMX-nin Beynəlxalq əməkdaşlıq idarəsinin rəis müavini, kiçik miqrasiya xidməti müşaviri Zərnişan Əhmədova Trend-ə bildirib ki, Xidmətdə buna qədər 3 baş idarə - Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsi, Miqrasiya nəzarəti baş idarəsi, Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi fəaliyyət göstərirdi.

Xəbər lenti

Xəbər lenti