...

Azərbaycanda bəzi özəl universitetlər 100 bal toplamış abituriyentləri də qəbul edər - TQDK sədri

Cəmiyyət Materials 22 İyul 2011 12:14 (UTC +04:00)
Azərbaycanda özəl universitetləri yalnız tələbənin sayı maraqlandırır. Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.
Azərbaycanda bəzi özəl universitetlər 100 bal toplamış abituriyentləri də qəbul edər - TQDK sədri

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda özəl universitetləri yalnız tələbənin sayı maraqlandırır. Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, TQDK ali məktəbə qəbul zamanı müsabiqəyə buraxılmış abituriyentlərin ən yaxşılarını seçir. 200 bal toplamış abituriyentlər prestij ixtisaslara qəbul oluna bilmirlər. Onların əsas qəbul olunduqları yerlər özəl ali məktəblərdir.

"Özəl universitetlər 200 bal toplamış abituriyentləri məmnuniyyətlə qəbul edirlər. Universitetlərdən soruşmaq lazımdır ki, belə tələbələr universitetlər üçün qaneedicidir, ya yox. Onlar bu tələbələri istəyirlər. Biz hətta o balı aşağı salsaq - 100 bal toplamış abituriyentləri qəbul etsək, bir çox özəl universitetlər belə tələbələri də qəbul edərlər. Görürsünüz ki, Odlar Yurdu Universiteti 20 bal toplamış abituriyentləri də qəbul edib", - Abbaszadə deyib.

Xəbər lenti

Xəbər lenti