...

Ötən ay Azərbaycan sərhədçiləri axtarışda olan 127 nəfəri saxlayıblar

Cəmiyyət Materials 8 Avqust 2011 11:49 (UTC +04:00)
Ötən ay Azərbaycan sərhədçiləri axtarışda olan 127 nəfəri saxlayıblar.
Ötən ay Azərbaycan sərhədçiləri axtarışda olan 127 nəfəri saxlayıblar

Azərbaycan, Bakı, 8 avqust /Trend/

Ötən ay Azərbaycan sərhədçiləri axtarışda olan 127 nəfəri saxlayıblar.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bazar ertəsi Trend-ə verilən məlumata görə, saxlanılan şəxslər hüquq-mühafizə orqanlarına təhvil verilib.

İyul ayı ərzində 38 halda dövlət sərhədinin pozulmasının qarşısı alınıb, nəticədə 74 nəfər saxlanılıb.

Dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən 27 halda 52 nəfər saxta sənədlə, 1 halda 1 nəfər özgəsinə məxsus sənədlə, 2 halda 2 nəfər gizli şəkildə dövlət sərhədini keçməyə cəhd edərkən saxlanılıb.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 17 kiloqram 232 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Ötən ay sərhədçilər 62 halda ümumi dəyəri 730 min manat olan qaçaqmal saxlayıblar.

Dəniz sərhədlərinin mühafizəsi istiqamətində görülən tədbirlər nəticəsində 5 halda 8 nəfər sərhəd rejimi pozucusu saxlanılıb, dənizdən 5 545 metr tor aşkar olunaraq götürülüb.

Xəbər lenti

Xəbər lenti