...

Mətbuat Şurası Milli Təhlükəsizlik Nazirliyinə müraciət edib

Cəmiyyət Materials 9 Sentyabr 2011 17:37 (UTC +04:00)
Mətbuat Şurası (MŞ) mərhum jurnalist Elmar Hüseynovun qətlinin araşdırılmasının sürətləndirilməsi ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinə müraciət ünvanlayıb.
Mətbuat Şurası Milli Təhlükəsizlik Nazirliyinə müraciət edib

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Mətbuat Şurası (MŞ) mərhum jurnalist Elmar Hüseynovun qətlinin araşdırılmasının sürətləndirilməsi ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinə müraciət ünvanlayıb.

MŞ-dən Trend-ə verilən məlumata görə, müraciətdə bildirilir ki, üzərindən xeyli müddət keçməsinə baxmayaraq, Hüseynovun qətlinin üstünün açılmaması ölkənin media ictimaiyyətində ciddi narahatlıq doğurur və kütləvi informasiya vasitələrinin təmsilçiləri müntəzəm olaraq keçirdikləri toplantılarda məsələyə diqqət yetirirlər.

Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü ilə bağlı Mətbuat Şurasında baş tutan "dəyirmi masa"nın iştirakçıları da hadisəni törədənlərin tezliklə tapılaraq cəzalandırılmasının vacibliyini vurğulayıblar.

"Jurnalist qətli hər bir ölkənin beynəlxalq imicinə mənfi təsir göstərən hadisədir. Ötən müddətdə həmin cinayətin üstünün açılması istiqamətində səylər var. Lakin jurnalistlər bu qənaətdədirlər ki, mövcud məsələdə cəzasızlığın davamı peşə fəaliyyətlərini yerinə yetirən qələm sahiblərində oxşar xoşagəlməz halın təkrarlanacağına dair qorxu yaradır", - müraciətdə qeyd olunur.

Hüseynov 2005-ci il martın 2-də Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. O, "Monitor" jurnalının naşiri və baş redaktoru idi.

Xəbər lenti

Xəbər lenti