...

Moldova MDB ölkələrində tibbin maliyyələşdirilməsinin artırılmasını zəruri hesab edir

Cəmiyyət Materials 12 Sentyabr 2011 12:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir V.Javoronkova/

Moldova MDB ölkələrində tibbin maliyyələşdirilməsinin artırılmasını zəruri hesab edir.

"MDB-nin bütün ölkələri üçün ən aktual məsələ tibbin maliyyələşdirilməsidir", - Trend-in məlumatına görə, bu gün Bakıda jurnalistlərə Moldovanın səhiyyə naziri Andrey Usatıy bildirib.

"Maliyyələşdirmə tibbin strategiya və strukturunu müəyyən edir, ona görə də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin Bakı sessiyasının əsas mövzularından biri səhiyyənin prioritetlərinə maliyyə vəsaitlərinin tapılmasıdır", - nazir deyib.

O, səhiyyə sistemində maliyyə köməyinin təmin olunmasını, tibbi xidmətin səviyyəsinin yüksəldilməsini, tibbi müayinələrin və müalicənin təhlükəsizliyini prioritet hesab edir.

Bazar ertəsi Bakıda Ümumdünya Səıhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin sessiyası açılıb.

Avropanın 53 ölkəsinin səhiyyə nazirlərinin toplaşdıqları sessiyada səhiyyə sistemində yeni nailiyyətlər, vərəm üzrə strategiyanın qəbul edilməsi və antibiotiklərdən düzgün istifadə ilə əlaqədar müzakirələr keçirilir.

Bundan əlavə, Bakı sessiyası çərçivəsində Azərbaycan hökuməti ilə Avropa Regional Komitəsi arasında ikiillik saziş imzalanacaq.

Azərbaycan ÜST-yə 1992-ci ildə üzv qəbul edilib.

Xəbər lenti

Xəbər lenti