...

Yerə qızıl ehtiyatı göydən düşüb

Cəmiyyət Materials 21 Sentyabr 2011 19:43 (UTC +04:00)
Alimlər iddia edirlər ki, Yer qatındakı bütün qızıl və platin bizə uzaq kosmosun hədiyyəsidir.
Yerə qızıl ehtiyatı göydən düşüb

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir X.Murtuzayeva/

Alimlər iddia edirlər ki, Yer qatındakı bütün qızıl və platin bizə uzaq kosmosun hədiyyəsidir. Son araşdırmalara görə, qızıl və platin yataqları hələ təxminən 4 milyard il əvvəl planetimizə uzunmüddətli meteor yağışları yağan zaman formalaşıb.

Trend-in məlumatına görə, Bristol Universitetindən olan tədqiqatçılar təsdiqləyirlər ki, nəhəng qızıl ehtiyatları hələ planetin yaranması mərhələsində əmələ gəlib. Lakin ərimiş çuqun Yerin nüvəsinə doğru üz tutarkən özü ilə bahalı metalları da aparıb. Halbuki həmin metallar Yer səthini 4 metr qalınlığında qızıl və platin təbəqəsi ilə örtməyə bəs edərdi. Bundan sonra Yer 200 milyon il ərzində "tamahsız" qalıb və bu, eyni ilə bu qədər davam edən kosmik fəlakət baş verməyənədək belə davam edib.

200 milyon il ərzində planet meteoritlərin bombardmanına məruz qalıb. Bu barədə "Daily Mail" yazır. Bütün bu müddət ərzində Yer səthini 20 trilyon trilyon tonlarla meteorit materialı kütləsindən ibarət "xalı" bəzəyib. Onun tərkibindəki bahalı metallar sayəsində Yeri suvaran meteorit yağışı qızıl və platin ehtiyatını bərpa edib.

Araşdırmanın müəllifləri Mattias Vilbord və professor Tim Eliot bildirirlər ki, Qrenlandiyadan tapılan qaya süxurlarının nümunələri hələ planetin yarandığı ilkin dövrlərdə formalaşıb. Bu nəticələr müasir süxurlarla müqayisədə tərkibində 182W izotop volframının olması ilə müasir süxurlardan fərqləndiyini göstərir. Belə nəticəni izotop analizi göstərib. Beləliklə, alimlər belə nəticəyə gəliblər ki, müasir süxurlar özlərində daha qədim təbəqələşməni təcəssüm etdirirlər, onlara düşən qızıl və platin yataqları isə bizə kosmosdan gəlib.

"Bizim işimiz sübut edir ki, iqtisadiyyatımızın, eləcə də mühüm istehsalat proseslərinin əsaslandığı qiymətli metalların əksəriyyəti planetimizdə xoşbəxt təsadüf sayəsində əmələ gəlib. O zaman Yer kürəsinə 20 trilyon trilyon tona yaxın asteroid materialı yağıb", - Vilbord bildirib.

Geoloqların "Nature" jurnalında dərc olunmuş işlərində qeyd olunurki, meteoritlərin tərkibindəki metallar qlobal konveksiya prosesləri gedişində planetar mantiya ilə qarışıblar. Daha sonralar, qitələrin əmələ gəlməsindən sonra onlar filiz yataqları, yəni müasir metallurgiyanın xammal əsasını əmələ gətiriblər.

Xatırladaq ki, Yerdə həyatın əmələ gəlməsi barədə versiyalardan birinə görə, canlı başlanğıcın yaranmasına kosmosdan gəlmələr - meteoritlər səbəb olub. Elmi jurnalların səhifələrində panspermiya nəzəriyyəsinin təsdiqlənməsinə daha tez-tez rast gəlmək mümkündür. Amerikalı tədqiqatçıların apardıqları son axtarışlar sübut edib ki, Yerə 4 milyard il bundan əvvəl düşən meteoritlər üzvi materiyanın inkişafına təkan verib.

Onu da bildirək ki, Yerə düşən göy cisimləri alimlərə yeni mineralları kəşf etməyə imkan verir. Bəzi mütəxəssislərin fikrincə isə, tezliklə onlar yadplanetlilərin mövcud olduqlarını da sübut edəcəklər. Astrofiziklərin irəli sürdükləri nəzəriyyəyə görə, yüksək inkişaf etmiş sivilizasiyalar gec ya tez öz planetlərində resurs qıtlığı ilə üzləşirlər. Bu baş verən zaman isə yadplanetlilər asteroidlərdə dəmir, platin, silisium, qızıl kimi faydalı qazıntıların hasilatı ilə məşğul olmalı olurlar. Astrofiziklər xəbər verirlər ki, şaxtaçı işlərinin izlərini toz və asteroid halqasının temperaturunun dəyişməsi ilə hesablayıb tapmaq mümkündür.

Xəbər lenti

Xəbər lenti