...

Bakıda orta məktəblərin vahid məktəbli geyiminə keçidi ilə bağlı vəziyyət araşdırılır

Cəmiyyət Materials 6 Oktyabr 2011 18:09 (UTC +04:00)
Artıq Bakı məktəblərində hicab geyinən şagirdlər yoxdur. Bunu bazar ertəsi Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əlıqızı deyib.
Bakıda orta məktəblərin vahid məktəbli geyiminə keçidi ilə bağlı vəziyyət araşdırılır

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Artıq Bakı məktəblərində hicab geyinən şagirdlər yoxdur. Bunu cümə axşamı Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əlıqızı deyib.

Onun sözlərinə görə, hazırda Bakı məktəblilərinin vahid məktəbli geyiminə keçidi ilə bağlı vəziyyət araşdırılır.

İdarə rəsmisi Bakı məktəblilərinin vahid məktəbli geyiminə keçidi ilə bağlı vəziyyətdən ümumilikdə razı qaldığını da bildirib.

"Nəzərə alaq ki, bu il Bakı məktəblərində şagirdlər üçün vahid məktəbli geyiminin tətbiq olunduğu ilk ildir. Bu il 320 minə yaxın şagird məktəbli geyiminə keçir. Hazırda vəziyyət bizi qane edir. Amma bu o demək deyil ki, qalan şagirdlər bu geyimə keçməməlidirlər. Bu gün ən yaxşı hal odur ki, artıq vahid məktəbli formasını geyinməyənlərin sayı olduqca çox azalıb", - Əlıqızı əlavə edib.

İlkin mərhələdə vahid məktəbli geyimi ibtidai sinif şagirdləri üçün tətbiq edilib.

Bu ildən isə paytaxtın ümumtəhsil məktəblərinin bütün sinif şagirdləri vahid məktəbli forması geyinməlidirlər.

Ötən ilədək Bakının məktəblərinin bəzi şagirdləri hicab taxaraq məktəbli formasının geyinilməsinə etiraz edirdilər.

Xəbər lenti

Xəbər lenti