...

Baş Prokurorluğun istintaq idarəsinin prokuroru cinayət məsuliyyətinə cəlb edilib

Cəmiyyət Materials 7 Oktyabr 2011 19:03 (UTC +04:00)
Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru İqbal Tağıyev və Daşkəsən rayon prokurorunun böyük köməkçisi Cavanşir Nəsibov cinayət məsuliyyətinə cəlb ediliblər.
Baş Prokurorluğun istintaq idarəsinin prokuroru cinayət məsuliyyətinə cəlb edilib

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru İqbal Tağıyev və Daşkəsən rayon prokurorunun böyük köməkçisi Cavanşir Nəsibov cinayət məsuliyyətinə cəlb ediliblər. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Baş Prokurorluğunun cümə günü yaydığı məlumatda bildirilir.

Bakı şəhər sakini Tatyana Moiseyevanın əri Eldəniz Əliyevin şübhəli şəxs qismində tutulduğu cinayət işi üzrə istintaq dövründə onun azadlığa buraxılması üçün alınmış pulun geri qaytarılmaması ilə bağlı müraciəti əsasında aparılmış xidməti araşdırma zamanı müəyyən olunub ki, İlqar Məmmədovun qəsdən öldürülməsi faktı ilə əlaqədar başlanmış cinayət işi üzrə Gəncə şəhər prokurorluğunun sabiq müstəntiqi İqbal Tağıyev şübhəli şəxs qismində tutulmuş Eldəniz Əliyevin 23 min ABŞ dolları müqabilində cinayət məsuliyyətindən azad edilməsi məqsədi ilə Daşkəsən rayon prokurorunun köməkçisi Cavanşir Nəsibov və həmin rayon sakini Elnur Əmrahovun vasitəçiliyi ilə atası Bayram Əliyevlə sövdələşib 23 min ABŞ dolları məbləğində pulu aldıqdan sonra Eldəniz Əliyevi cinayətdə iştirak etməsinin təsdiqini tapmaması əsası ilə azad edilib.

Lakin mərhum İlqar Məmmədovun qohumları şikayət edərək Eldəniz Əliyevin azadlığa buraxılmasına etirazlarını bildirib və həmin səbəbə görə İqbal Tağıyev aldığı 23 min ABŞ dolları məbləğində pulu Cavanşir Nəsibovun vasitəsi ilə Bayram Əliyevə qaytarıblar. Yalnız bundan sonra Eldəniz Əliyev cinayət məsuliyyətinə cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələri ilə ittiham elan olunmuş və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işinin istintaqının tam, hərtərəfli və obyektiv aparılmasının təmin edilməsi məqsədi ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru İqbal Tağıyev və Daşkəsən rayon prokurorunun böyük köməkçisi Cavanşir Nəsibov cinayət işinin istintaqı müddətində yekun qərarı qəbul edilənədək Baş prokurorun əmri ilə tutduqları vəzifədən kənarlaşdırılıb və barələrində toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2 və 308.1-ci maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti