...

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının layihələrinin təqdimatı olub

Cəmiyyət Materials 19 Oktyabr 2011 14:07 (UTC +04:00)
Çərşənbə günü Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ofisində "İT Evi" və "Sağlam həyat tərzi üzrə gənc təlimçilərin resurs mərkəzi" layihələrinin təqdimatı olub.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının layihələrinin təqdimatı olub

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir M.Əliyev/

Çərşənbə günü Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ofisində "İT Evi" və "Sağlam həyat tərzi üzrə gənc təlimçilərin resurs mərkəzi" layihələrinin təqdimatı olub.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib ki, hazırkı dövr gələcəyə doğru ölkəmizi inkişafa aparan yoldur.

Aslanov ATGTİ-nin iki il ərzində fəaliyyəti barədə danışaraq qeyd edib ki, bu müddət ərzində təşkilat öz üzərinə düşən vəzifələri yerinə yetirib.

"Bu günlər Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 20 illik yubileyi qeyd olunur. Prezident İlham Əliyev müstəqilliklə bağlı dediyi kimi, gün o gün olsun ki, müstəqilliyimizin yaşı 50-200 il olsun. Eyni zamanda, arzu edirəm ki, Tələbə Gənclər Təşkilatları İttifaqı 50 illiyini qeyd etsin", - Aslanov deyib.

"Təşkilatın rəhbəri Şahin İsmayılov tələbələrin problemlərini qaldıra bilib və bu, böyük nailiyyətdir", - o əlavə edib.

Aslanov həmçinin bildirib ki, informasiya texnologiyaları həyatımızın ayrılmaz bir hissəsinə çevrilib, bir növ insan həyatı informasiyanın yeni texnologiyaları ilə üzbəüzdür.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov ATGTİ-nin gənclərlə bağlı həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib. Onun sözlərinə görə, təşkilat həyata keçirdiyi layihələrə geniş tələbə kütləsini cəlb edib.

Rəhimov qeyd edib ki, "İT Evi" - ittifaqın nəzdində yaradılan və tələbələrə informasiya texnologiyaları sahəsindəki biliklərini artırmağa dəstək olacaq təlimlərin keçirilməsi üçün nəzərdə tutulmuş geniş mərkəzdir.

Təhsil naziri Misir Mərdanov ATGTİ-nin fəaliyyəti ilə bağlı təkliflərlə çıxış edib. Nazir təşkilatın layihələrinə kollecdə təhsil alan gənclərin də cəlb olunmasının vacibliyini vurğulayıb.

"Azərbaycanda, deyilən kimi, 120 min yox, kolleclər də daxil olmaqla, 200 minə yaxın tələbə kontingenti var". - Mərdanov bildirib.

Nazir bu kimi tədbirlərin yerindən asılı olmayaraq bütün ölkə ərazisində keçirilməsinin tərəfdarı olduğunu deyib.

Xəbər lenti

Xəbər lenti