...

Azərbaycan MDB ölkələrinin Mədəni Əməkdaşlıq Şurasının iclasında iştirak edir

Cəmiyyət Materials 20 Oktyabr 2011 15:40 (UTC +04:00)
Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynanın Kiyev şəhərində bu gün keçirilən MDB ölkələrinin Mədəni Əməkdaşlıq Şurasının XXVI iclasında iştirak edir.
Azərbaycan MDB ölkələrinin Mədəni Əməkdaşlıq Şurasının iclasında iştirak edir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynanın Kiyev şəhərində bu gün keçirilən MDB ölkələrinin Mədəni Əməkdaşlıq Şurasının XXVI iclasında iştirak edir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, iclasda Şura üzvləri arasında fikir mübadiləsi, MDB-nin 20 illiyi ilə əlaqədar MDB ölkələrinin Mədəniyyət nazirlikləri tərəfindən keçirilmiş və keçiriləcək tədbirlər, "Birliyin Mədəniyyət Paytaxtları" dövlətlərarası proqramı, MDB iştirakçı ölkələrinin Ümumdünya mədəni irsinin qorunması mərkəzinin yaradılması, MDB ölkələri ərazisində mədəniyyət abidələri və mədəni irs nümunələrinin reyestrinin və tarixi-mədəni irs sahəsində MDB dövlətlərinin qanunvericiliyinin vahid məlumat bazasının yaradılması və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

İclasa MDB iştirakçı ölkələrinin Mədəni Əməkdaşlıq Şurasının sədri, Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyev sədrlik edir.

Xəbər lenti

Xəbər lenti