...

Azərbaycanlı zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşüb

Cəmiyyət Materials 23 Oktyabr 2011 04:15 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən bazar günü Trend-ə verilən məlumata görə, bu gün səhər saat 04:00 radələrində zəvvarlar Bakının Qaradağ rayonunda yerləşən "Binə" ticarət mərkəzinin yaxınlığındakı meydandan 18 avtobusla yola düşüblər.
Azərbaycanlı zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşüb

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanlı zəvvarların ilk qrupu bu gün Həcc ziyarətinə yola düşüb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən bazar günü Trend-ə verilən məlumata görə, bu gün səhər saat 04:00 radələrində zəvvarlar Bakının Qaradağ rayonunda yerləşən "Binə" ticarət mərkəzinin yaxınlığındakı meydandan 18 avtobusla yola düşüblər.

Zəvvarların digər qrupu isə oktyabrın 24-də ikinci avtobus karvanı ilə yola düşəcək.

Təyyarələr 28-31 oktyabr tarixlərində zəvvarları Həcc ziyarətinə aparacaq. Oktyabrın 28, 30 və 31-də üç, 29-da isə iki təyyarə havaya qalxacaq.

Zəvvarlarımız Azərbaycan-İran-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət edəcəklər.

Ziyarətə avtobusla gedəcək zəvvarların marşrutu Suriyada baş verən hadisələrlə əlaqədar dəyişdirilib.

QMİ Azərbaycan Həcc missiyasının rəhbəri olaraq, Həcc ziyarəti ilə bağlı müqəddəs Məkkə və Mədinə şəhərlərinə səfərləri Səudiyyə Ərəbistanının Həcc Nazirliyi ilə imzalanmış protokol əsasında həyata keçirir.

Qurban bayramı noyabrın 6-da qeyd olunacaq. Bu il Həcc ziyarətinə 2 min nəfərin getməsi gözlənilir. Onlardan 1300 nəfərə yaxını avtobusla yola düşəcək.

Xəbər lenti

Xəbər lenti