...

Bakıda XI Beynəlxalq Təhsil Yarmarkası keçirilir

Cəmiyyət Materials 22 Oktyabr 2011 13:08 (UTC +04:00)
Bakı Təhsil Məlumat Mərkəzi bu gün paytaxtda XI Beynəlxalq Təhsil Yarmarkası keçirir. Trend-in məlumatına görə, Mərkəzin meneceri Cavanşir Məmmədov jurnalistlərə bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd xaricdə təhsil almaq imkanları barədə məlumat yaymaqdır.
Bakıda XI Beynəlxalq Təhsil Yarmarkası keçirilir

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Bakı Təhsil Məlumat Mərkəzi bu gün paytaxtda XI Beynəlxalq Təhsil Yarmarkası keçirir. Trend-in məlumatına görə, Mərkəzin meneceri Cavanşir Məmmədov jurnalistlərə bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd xaricdə təhsil almaq imkanları barədə məlumat yaymaqdır.

ABŞ Dövlət Departamenti tərəfindən dəstəklənən tədbirdə Azərbaycanda təhsil sahəsində fəaliyyət göstərən 25-ə qədər aparıcı təşkilat, o cümlədən ABŞ səfirliyi, ASSELS, İREX, DAAD, The British Council, STİ-Azerbaijan, ADA, Azərbaycan, Odlar Yurdu universitetləri, Kaspi Təhsil Mərkəzi və s. iştirak edir.

Məmmədovun sözlərinə görə, belə yarmarkalar il ərzində 2-3 dəfə keçirilir. Növbəti belə tədbirin gələn ilin aprel-may aylarında təşkil edilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti