...

Azərbaycanda orta ixtisas müəssisələrinə sənəd qəbulu ilə bağlı dəyişiklik edilib

Cəmiyyət Materials 31 Oktyabr 2011 12:02 (UTC +04:00)
2012/2013-cü tədris ili üçün Azərbaycanda ümumi orta (9-illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər, o cümlədən, 16 yaşına çatmamış gənclər qəbul kampaniyası zamanı şəxsiyyəti təsdiq edən sənəd kimi yalnız şəxsiyyət vəsiqəsinin əslini təqdim edəcəklər.
Azərbaycanda orta ixtisas müəssisələrinə sənəd qəbulu ilə bağlı dəyişiklik edilib

Azərbaycan, Bakı, 31 oktyabr / Trend müxbir İ.İsabalayeva/

2012/2013-cü tədris ili üçün Azərbaycanda ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər, o cümlədən 16 yaşına çatmamış gənclər qəbul kampaniyası zamanı şəxsiyyəti təsdiq edən sənəd kimi yalnız şəxsiyyət vəsiqəsinin əslini təqdim edəcəklər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bazar ertəsi Trend-ə verilən məlumata görə, artıq yeni tədris ili üçün sənəd qəbulu zamanı 16 yaşına çatmamış şəxslər doğum haqqında şəhadətnamədən istifadə etməyəcəklər. Sənəd qəbulu zamanı 16 yaşına çatan şəxslər əvvəlki illərdə olduğu kimi şəxsiyyət vəsiqəsini, 16 yaşına çatmayanlar isə şəkilsiz şəxsiyyət vəsiqəsini təqdim edəcəklər.

"Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak məqsədilə abituriyentlər elektron ərizə versələr də, 16 yaşına çatmayanlar doğum haqqında şəhadətnamədəki məlumatları əl ilə daxil etməli idilər. Bu zaman bir çox səhvlər olurdu. Buna görə də sonradan ərizəyə çoxlu düzəlişlər edilirdi", - Komissiyadan bildirilib.

TQDK-dan əlavə edilib ki, şəxsiyyət vəsiqəsi olduqda abituriyentlər onun pin-kodunu yazacaq və vəsiqədəki bütün məlumatlar avtomatik şəkildə elektron ərizəyə daxil olacaq.

Xəbər lenti

Xəbər lenti