...

Bolqarıstan Prezidentinin səfəri ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət Materials 13 Noyabr 2011 16:50 (UTC +04:00)
Bolqarıstan Prezidenti Georgi Pırvanovun Azərbaycana rəsmi səfəri ilə bağlı noyabrın 14-ü və 15-də Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Bolqarıstan Prezidentinin səfəri ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 13 noyabr / Trend müxbir M.Əliyev/

Bolqarıstan Prezidenti Georgi Pırvanovun Azərbaycana rəsmi səfəri ilə bağlı noyabrın 14-ü və 15-də Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə bazar günü Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

Əsədovun sözlərinə görə, rəsmi səfər ilə əlaqədar keçiriləcək tədbirlər istiqamətində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə 14 noyabr saat 10.30-dan 15 noyabr 2011-ci il saat 13.30-dək fasilələrlə paytaxtın mərkəzi prospekt və küçələrinə avtomobillərin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.

14 noyabr səhər 10.00-dan Heydər Əliyev Beynəlxalq Hava limanından Aeroport və Böyük Şor şosseləri, Heydər Əliyev prospekti, 10-cu zavod yol qovşağı, Yusif Səfərov, Üzeyir Hacıbəyov küçələri, Azadlıq, Zərifə Əliyeva prospektləri, Rəsul Rza küçəsi, Nefçilər prospekti, Azneft meydanı, Niyazi, İstiqlaliyyət küçələri və həmin marşrutla geriyə Mərdəkan dairəsi, Mərdəkan şossesi, Buzovna dairəsi, Zuğulba şossesinə, həmçinin Neftçilər prospektindən Rəşid Behbudov küçəsi ilə Bakıxanov, Ceyhun Hacıbəyli, Fətəli xan Xoyski, Koroğlu Rəhimov küçələri, Qələbə meydanı, Səməd Vurğun küçəsi, İnşaatçılar, Hüseyn Cavid, Parlament prospektləri istiqamətində saat 19.30-dək, 15 noyabr səhər saat 8.30-dan isə İstiqlaliyyət, 10-cu park, Lermontov, Teymur Elçin və Mehti Hüseyn küçələri ilə Parlament prospekti, Fəxri Xiyaban və Şəhidlər Xiyabanı, eləcə də əks istiqamətdə Qurban Abbasov, Mikayıl Useynov, Dövlət Bayrağı Meydanı və İçəri şəhər istiqamətlərində avtomobillərin parklandırılmasının və nəqliyyat vasitələrinin hərəkətində fasilələrlə məhdudiyyət olacaq.

Əsədov sürücüləri adıçəkilən yollardan mümkün qədər az istifadə etməyə, paytaxt sakinlərini mümkün qədər ictimai nəqliyyata üstünlük verməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti