...

Azərbaycanlıların qədim türklər olduğunu sübut edən sanballı arxeoloji dəlil aşkarlanıb (FOTO)

Cəmiyyət Materials 26 Noyabr 2011 12:13 (UTC +04:00)
Azərbaycanın Salyan rayonunun Babazanlı adı ərazisində azərbaycanlıların qədim türklər olmasını sübut edən ilk arxeoloji dəlil aşkarlanıb.
Azərbaycanlıların qədim türklər olduğunu sübut edən sanballı arxeoloji dəlil aşkarlanıb (FOTO)

Azərbaycan, Bakı, 26 noyabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanın Salyan rayonunun Babazanlı adlanan ərazisində azərbaycanlıların qədim türklər olmasını sübut edən sanballı arxeoloji dəlil aşkarlanıb. Bu barədə şənbə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Salyan Arxeoloji Ekspedisiyasının rəisi, tarix-elmlər doktoru, professor Arif Məmmədov məlumat verib.

Onun sözlərinə görə, aparılmış tədqiqatlar nəticəsində Babazanlı adlanan ərazidə aşkarlanmış küp qəbirlər üzərində şamanizmlə bağlı təsvirlər var. Bu da Azərbaycan ərazisində qədim türklərin (Oğuz türkləri) tarixin daha erkən dövründə yaşadığını və Azərbaycanın ən qədim sakinlərinin elə türklər olduğunu sübut edir.

Məmmədov bildirib ki, indiyə qədər azərbaycanlıların qədim türklər olduğu haqda fikirlər səslənsə də, onu sübut edə biləcək arxeoloji dəlillər "yox" səviyyəsində idi.

"İlk dəfədir ki, Azərbaycan ərazisində küp qəbirləri üzərində şamanizmlə bağlı təsvirlər aşkarlanır. Belə tapıntılar azərbaycanlıların türklərlə bağlılığını əsaslandırmağa və möhkəmləndirməyə xidmət edir", - tarixçi əlavə edib.

O bunu da qeyd edib ki, ərazidə aşkarlanmış hər küpün ağız hissəsindən 20 sm məsafədə - sola doğru 1 ədəd antik dövrün ən gözəl hazırlanmış qazan tipli antik qablar qoyulub. Bu da qədim türklərdə tanrıya inam, yəni tanrıcılıq ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti