...

Cənubi Qafqaz regionunun "Caucasus International" akademik jurnalının təqdimatı keçirilib

Cəmiyyət Materials 9 Dekabr 2011 20:17 (UTC +04:00)
Cənubi Qafqaz regionunun ilk beynəlxalq səviyyəli "Caucasus International" akademik jurnalının cümə günü təqdimat mərasimi keçirilib.
Cənubi Qafqaz regionunun "Caucasus International" akademik jurnalının təqdimatı keçirilib

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Cənubi Qafqaz regionunun ilk beynəlxalq səviyyəli "Caucasus International" akademik jurnalının cümə günü təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib ki, Azərbaycanı beynəlxalq aləmdə təmsil edən ilk analitik jurnalın yaradılması çox önəmli bir hadisədir.

O qeyd edib ki, bunun əhəmiyyətinin əsas cəhətlərdən biri də bu jurnalın Azərbaycan və Türkiyə analitik beyin mərkəzlərinin birgə əməkdaşlığı nəticəsində ərsəyə gətirilməsidir.

"Jurnalin müəllifləri arasında beynəlmiləl tərkibin olması da önəmli faktordur", - o deyib.

Aslanov vurğulayıb ki, jurnalın müəllifləri azərbaycanlılar, gürcülər, ruslar, ermənilər, ABŞ, Avropa və Türkiyədən olan insanlardır.

"Bu bir tərəfdən elmi tolerantlığı göstərir, digər tərəfdən isə sübut edir ki, elm üçün sərhəd yoxdur", - o bildirib.

O qeyd edib ki, Azərbaycan Qərblə Şərq arasında körpüdür, eyni zamanda, Avrasiyanın mərkəzidir. Getdikcə Azərbaycan Avrasiyanın intellektual mərkəzinə də çevrilir.

Jurnalın təqdimat mərasimində çıxış edən millət vəkili Səməd Seyidov deyib ki, dünyada gedən prosesləri təhlil etməklə Azərbaycan özünün intellektual səviyyəsini dünyaya çatdırmış olacaq.

Onun fikrincə, jurnal dünyada Azərbaycan və Qafqaz regionu haqqında düzgün təsəvvürün yaradılmasına təkan verəcək.

Tədvirdə jurnalın internet saytını təqdim edən Strateji Araşdırmalar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov qeyd edib ki, sayt www.caucasusinternational.com ünvanında yerləşir.

Jurnal ingilis dilində ildə 4 dəfə işıq üzü görəcək.

Xəbər lenti

Xəbər lenti