...

Məktəb illəri (FOTOSESSİYA)

Cəmiyyət Materials 14 Dekabr 2011 13:19 (UTC +04:00)
Məktəb illəri (FOTOSESSİYA)
Məktəb illəri (FOTOSESSİYA)

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

Təhsil Nazirliyi sistemində 4518 ümumi təhsil məktəbi var. Bu məktəblərdə 1 milyon 300 mindən çox şagird təhsil alır.

2004-cü ildən indiyədək Təhsil Nazirliyi tərəfindən 353 yeni məktəb binası, 184 məktəbin həyətində əlavə sinif otaqları və tədris korpusu inşa olunub. 176 məktəb əsaslı təmir edilib, 11 yeni məktəbəqədər təhsil müəssisəsi tikilib istifadəyə verilib. 50 məktəbəqədər təhsil müəssisəsində, 9 peşə məktəbində əsaslı təmir işləri aparılıb, bir yeni peşə məktəbi üçün bina tikilib.

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda tədris ocaqlarının əsaslı təmiri və yenidən qurulması ilə bağlı bu il üçün nəzərdə tutulan tədbirlər planına uyğun olaraq, paytaxtda 111 təhsil müəssisəsinin əsaslı şəkildə təmirinə başlanılıb. Bunlardan 54-ü məktəb, 57-si isə uşaq bağçasıdır.

Xəbər lenti

Xəbər lenti