...

TQDK sədri ali məktəblərə qəbul imtahanlarında idmançıların göstərdiyi nəticələrdən narazıdır

Cəmiyyət Materials 28 Dekabr 2011 11:49 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ali məktəblərə qəbul imtahanlarında idmançıların topladığı balların azlığından narahatlıq bildirib.
TQDK sədri ali məktəblərə qəbul imtahanlarında idmançıların göstərdiyi nəticələrdən narazıdır

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ali məktəblərə qəbul imtahanlarında idmançıların topladığı balların azlığından narahatlıq bildirib. Trend-in məlumatına görə, bunu Abbaszadə çərşənbə günü 2011-ci il üzrə tələbə qəbulunun nəticələrinə həsr olunan tədbirdə bildirib.

Abbaszadə deyib ki, Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında idmançılar 70-100 bal toplayır.

Bu məsələnin onu narahat etdiyini deyən Komissiya sədrinin sözlərinə görə, qəbul imtahanlarında rejissorlar, müğənnilər isə 100-200 bal toplayır.

"Belə olmalıdırmı? Rejissorlar xahiş edirlər ki, onların ballarını aşağı salaq. Ancaq gərək həmin şəxslərin bilikləri olsun. İdmançıların nəticələri də bizi qane etmir", - TQDK sədri deyib.

O bildirib ki, ali məktəbə qəbul olunanların 51 faizi 300-500 bal nəticə göstərməlidir.

"Bu isə onu göstərir ki, onlar yaxşı tələbə olacaqlar", - Abbaszadə deyib.

Xəbər lenti

Xəbər lenti