...

Bakıda tanınmış rəssam Altay Sadıqzadənin "22 HX" sərgisi açılıb (FOTO)

Cəmiyyət Materials 28 Dekabr 2011 16:54 (UTC +04:00)
Bakıda Müasir İncəsənət Muzeyində çərşənbə günü tanınmış rəssam Altay Sadıqzadənin rəsm və heykəltəraşlıq əsərlərindən ibarət "22 HX" sərgisi açılıb. Sərgi fevralın 6-dək davam edəcək.
Bakıda tanınmış rəssam Altay Sadıqzadənin "22 HX" sərgisi açılıb (FOTO)

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir V.İmanov/

Bakıda Müasir İncəsənət Muzeyində çərşənbə günü tanınmış rəssam Altay Sadıqzadənin rəsm və heykəltəraşlıq əsərlərindən ibarət "22 HX" sərgisi açılıb. Sərgi fevralın 6-dək davam edəcək.

Altay Sadıqzadə rəssam kimi çox məşhurdur, o, həm də qrafika və səhnə dekorasiyaları ilə məşğul olur. Son illərdə rəssam tezliklə çoxölçülü rəssamlıq işini xatırladacaq monumental üçölçülü art-obyektlərin - "Mexanika məkandır" metal qaynaq konstruksiyalar seriyası üzrə öz ideyalarının həyata keçirilməsi ilə məqsədyönlü şəkildə məşğul olur. Onlar rəssamın dünyanı heroqliflər, ezoterik elçilər, palma budaqları, antropomorf maşınlar, Yerdən kənar "keşikçilər", ulduz və insan axtarıcıları vasitəsilə çoxrəngli, öz xəyalında canlandırdığı mətn vasitəsilə özünəxas dərk etdiyinə nümunədir.

54-cü Venesiya biennalındakı (2011-ci il) Azərbaycan pavilyonunda Altay Sadıqzadə özünün monumental "kosmik" rəsmlərini və heykəltəraşlıq əsərlərini tamaşaçıların başqa dünyaların təqdimatında humanizm ideyasını görüb qiymətləndirmələri üçün onların mühakiməsinə verib: tamamilə aydındır ki, şəxsi azadlığın və yaradıcılığın imkanları sonsuzdur və onlar məhdudiyyətə tab gətirmir.

Altay Sadıqzadə Bakıda Müasir İncəsənət Muzeyinin memarlıq konsepsiyasının tərtibatının müəllifidir. Muzeyin daxili məkanı avanqard üslubda işlənib - maili divarlar, qapı və künclərin olmaması - bütün bunların hamısı muzeyin binasını, özlüyündə incəsənəti və orada saxlanan incəsənət əsərlərini canlı orqanizmdə birləşdirməyə imkan verib. Muzeydə rəssamın metal konstruksiyalardan heykəlləri, onun instalyasiya və yağlı boyalarla çəkilmiş şəkilləri təqdim olunub. O, həmçinin muzeyin kolleksiyasına daxil etmək üçün predmetlərin seçimində də iştirak edib.

2012-ci il yanvarın 17-dən 29-dək Altay Sadıqzadə Londonda keçiriləcək "Bakıya uçuş. Azərbaycanın müasir incəsənəti" sərgisində iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti