...

Azərbaycanda səyahət sığortası inkişaf etdiriləcək

Cəmiyyət Materials 1 Yanvar 2012 11:00 (UTC +04:00)
Temzа Sığorta Qrupu İngiltərə-Azərbaycan sığorta şirkəti gələn il səyahət sığortasını inkişaf etdirməyi planlaşdırır. Bu barədə Trend-ə çərşənbə günü şirkətin idarə heyətinin sədri Samir Mustafayev bildirib.
Azərbaycanda səyahət sığortası inkişaf etdiriləcək

Azərbaycan, Bakı, 1 yanvar / Trend, müxbir A.Axundov /

Temzа Sığorta Qrupu İngiltərə-Azərbaycan sığorta şirkəti gələn il səyahət sığortasını inkişaf etdirməyi planlaşdırır. Bu barədə Trend-ə çərşənbə günü şirkətin idarə heyətinin sədri Samir Mustafayev bildirib.

"Gələn il fəaliyyətimizin əsas istiqaməti travel insurance-in inkişafı olacaq. Paralel olaraq biz başqa növləri də inkişaf etdirəcəyik", - Mustafayev deyib.

Onun sözlərinə görə, şirkətin bu növ üzrə yığımlarının payı hələlik çox yüksək deyil.

"Biz bu növü yenicə inkişaf etdirməyə başlamışıq. Onun yığımlarda payı 10 faizədək təşkil edir. Ötən illərdə biz bu istiqaməti çox gəlirli hesab etmirdik, lakin indi o perspektivli olub", - Mustafayev deyib.

Onun sözlərinə görə, sığortanın bu növünün inkişafı xaricə gedən şəxslərin icbari sığortalanması baxımından inkişafı sərfəlidir.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatına görə, Temzа Sığorta Qrupu şirkəti 2011-ci ilin yanvar-noyabrında 0,586 milyon manat məbləğində mükafat toplayıb,əvəz ödənişi 0,129 milyon manat təşkil edib.

Britaniyanın Glencarron Group Limited şirkətinin iştirak payının 49 faizinə sahiblik etdiyi Temza Sığorta Qrupu sığorta şirkəti Azərbaycanın sığorta bazarında 1996-cı ildən fəaliyyət göstərir. Azərbaycanın iştirak payı yerli fiziki və hüquqi şəxsə (Gala Investment) məxsusdur.

Xəbər lenti

Xəbər lenti