...

”Elin mehriban qızı” musiqili kompozisiyasından ibarət diskin təqdimatı olmuşdur

Cəmiyyət Materials 30 Dekabr 2011 19:39 (UTC +04:00)
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın genişmiqyaslı humanitar fəaliyyətindən bəhs edən ”Elin mehriban qızı” musiqili kompozisiyasından ibarət disk dekabrın 30-da elm, incəsənət və mətbuat nümayəndələrinə təqdim edilmişdir.
”Elin mehriban qızı” musiqili kompozisiyasından ibarət diskin təqdimatı olmuşdur

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın genişmiqyaslı humanitar fəaliyyətindən bəhs edən "Elin mehriban qızı" musiqili kompozisiyasından ibarət disk dekabrın 30-da elm, incəsənət və mətbuat nümayəndələrinə təqdim edilmişdir.

AzərTAc xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində "Mərhəmət elçisi" jurnalının "Milli-mənəvi tərəqqiyə dəstək" layihəsi çərçivəsində keçirilən tədbirdə musiqili kompozisiya barədə məlumat verilmişdir.

Sonra "Elin mehriban qızı" musiqili kompozisiyasından ibarət disk nümayiş etdirilmişdir.
Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin qorunmasında və gənc muğam ifaçılarının yetişməsində fəaliyyətini əks etdirən musiqili kompozisiyanı tədbir iştirakçıları rəğbətlə qarşılamışlar.

Sözləri Əməkdar İncəsənət Xadimi Kəmalə Ağayevaya və Tağı Sadiqə, musiqisi Xalq Artisti Zamiq Əliyevə məxsus olan kompozisiyanı birinci və ikinci muğam müsabiqəsinin qalibləri ifa etmişlər. Azərbaycanın 7 əsas muğamından parçalar beş dəqiqəlik klipdə ustalıqla təqdim olunmuşdur.

Tədbirdə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov, akademik Teymur Bünyadov və başqaları çıxış edərək muğamlarımızın beynəlxalq aləmdə tanınmasında Mehriban xanım Əliyevanın müstəsna xidmətlərindən danışmışlar. Çıxış edənlər, həmçinin musiqili kompozisiyanı yüksək qiymətləndirmişlər.

Sonda kompozisiyanın müəlliflərinə və ifaçılarına jurnalın diplomları təqdim edilmişdir.

Xəbər lenti

Xəbər lenti