...

Bələdiyyələrə əlavə səlahiyyətlər veriləcək

Cəmiyyət Materials 10 Yanvar 2012 13:17 (UTC +04:00)
Bələdiyyələrin fəaliyyətlərindəki əsas nöqsanlar bələdiyyə mülkiyyətinin idarə olunması, maliyyə vəsaitlərinin istifadəsi ilə bağlıdır.
Bələdiyyələrə əlavə səlahiyyətlər veriləcək

Azərbaycan, Bakı, 10 yanvar /Trend müxbir K.Zərbalıyeva/

Bələdiyyələrin fəaliyyətlərindəki əsas nöqsanlar bələdiyyə mülkiyyətinin idarə olunması, maliyyə vəsaitlərinin istifadəsi ilə bağlıdır. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə deyib.

Səlimzadə bildirib ki, bələdiyyələrin fəaliyyətindəki nöqsanlar bəzi bələdiyyə rəhbərlərinin həm təcrübəsizliyi, həm işə məsuliyyətsiz yanaşmaları, həm də qanunları mükəmməl bilməmələri səbəbindən baş verir.

Mərkəz rəisi bildirib ki, nöqsanların yaranmasının bir səbəbi də bələdiyyə üzlərinin öz məsuliyyətlərini dərindən dərk etməyərək bələdiyyələrin işində fəallıq göstərməmələri, bələdiyyələrin işinin qanunvericiliyə uyğun olaraq təşkil olunmasında öz təklif və mülahizələrini verməmələridir.

Bələdiyyələrin səlahiyyətlərinin artırılması məsələsinə toxunan Səlimzadə qeyd edib ki, yerli özünü idarəetmə orqanlarına əlavə səlahiyyətlər verilməsi prosesi davam etdirilir və gələcəkdə onların səlahiyyətləri daha da artırılacaq.

Mərkəz rəisi bələdiyyələr tərəfindən ev tikintisinə qanunsuz icazə verilməsi, torpaq verilməsi ilə bağlı qanunsuz qərarların qəbul olunmasına hazırkı dövrdə nadir hallarda rast gəlindiyini deyib.

"Ola bilər təsadüfən, məsuliyyətsizlikdən, bilməzlikdən hər hansı belə hala yol verilsin. Lakin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət ilbəil güclənir. İndiyədək tərəfimizdən yüzlərlə qanunsuz qərar ləğv edilib", - Səlimzadə deyib.

Xəbər lenti

Xəbər lenti