...

Belçikada uşaqlara ananın soyadının verilməsi müzakirə olunur

Cəmiyyət Materials 18 Yanvar 2012 20:20 (UTC +04:00)
Belçikada uşaqların ananın soyadını daşımasına imkan yaradan qanun qəbul edilə bilər.
Belçikada uşaqlara ananın soyadının verilməsi müzakirə olunur

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir M.Salmanov/

Belçikada uşaqların ananın soyadını daşımasına imkan yaradan qanun qəbul edilə bilər. Belə ki, Belçika Baş nazirinin müavini və daxili işlər naziri Joel Milke qadın və kişi bərabərliyini əsas gətirərək, uşaqların ananın da soyadını daşımasını tələb edir. Bu barədə çərşənbə günü Trend Türkiyənin "Zaman" qəzetinə istinadən məlumat verir.

Təklifin qəbul ediləcəyi təqdirdə, uşaqlar bundan sonra istədikləri zaman ananın soyadını da daşıya biləcəklər. Milkenin təklifi isə ancaq soyadla bağlı qanunda ediləcək dəyişiklikdən sonra mümkün ola biləcək.

Xanım nazir vətəndaşın evli ikən anasının soyadından istifadə edə bilməsini istəyir. "Çox qarışıq prosesdir. Həyata keçirmək asan olmayacaq. Lakin bu istiqamətdə dəyişiklik etmək məcburiyyətindəyik", - o deyib.

Nazirin sözlərinə görə, İspaniya modelini nümunə götürmək olar. Belə ki, orada uşaqlar həm ananın, həm də atanın soyadını daşıya bilərlər.

Xəbər lenti

Xəbər lenti