...

"Eurovision 2012" müsabiqəsinin "Baku Crystal Hall" sarayında keçirilməsi təsdiqləndi (FOTO)

Cəmiyyət Materials 25 Yanvar 2012 16:53 (UTC +04:00)
Azərbaycanın ev sahibliyi edəcəyi "Eurovision 2012" mahnı müsabiqəsinin keçiriləcəyi məkan təsdiqlənib.
"Eurovision 2012" müsabiqəsinin "Baku Crystal Hall" sarayında keçirilməsi təsdiqləndi (FOTO)

Azərbaycan, Bakı, 25 yanvar /Trend/

Azərbaycanın ev sahibliyi edəcəyi "Eurovision 2012" mahnı müsabiqəsinin keçiriləcəyi məkan təsdiqlənib.

Trend-in müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, 57-ci "Eurovision" mahnı müsabiqəsi Bayraq Meydanında inşa olunan "Baku Crystal Hall"da baş tutacaq. Bu barədə qərar bu gün Avropa Yayım Birliyi (EBU) tərəfindən açıqlanıb.

"Biz "Eurovision 2012"-nin yeni konsert zalında keçirilməsinə çox həyəcanlıyıq. Biz tikinti işlərinin vaxtında tamamlanacağı barədə zəmanət aldıqdan sonra müsabiqə üçün hazırlığa başlaya bilərik", - "Eurovision" mahnı müsabiqəsinin icraedici rəhbəri Yan Ola Sand deyib.

Yeni tikilən "Baku Crystal Hall" 23 000 tamaşaçı tutur. 16 minə yaxın tamaşaçı isə müsabiqənin yarımfinalları və finalını böyük monitordan canlı izləyə biləcəklər.

Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən "Eurovision" müsabiqəsində qələbə çalaraq Avropanın məşhur yarışmasına ev sahibliyi etmək hüququ qazanıb.

May ayının 22-si və 24-də "Eurovision 2012"-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək. Müsabiqənin qaydalarına əsasən, 5 ölkə - Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də ötənilki müsabiqənin qalibi kimi Azərbaycan birbaşa final mərhələsində çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti