Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Daxili işlər orqanlarında kadr dəyişiklikləri olub.
Daxili İşlər Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, nazir Ramil Usubovun əmri ilə Qax rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Bəylər Abbasov tutduğu vəzifədən azad edilərək DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovniki Əli İbrahimov isə nazirliyin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinə rəis vəzifəsinə təyinat alıb.
Məktəbin əvvəlki rəisi Ramiz Abdullayev təqaüdə göndərilib.
Nazirin digər əmri ilə Bakının Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəis müavini, polis mayoru Cümşüd İsmayılov Qax rayon Polis Şöbəsinə rəis təyin edilib.