...

Azərbaycan Parlamentində bu həftə ombudsmanın hesabatı dinləniləcək

Cəmiyyət Materials 5 Mart 2012 10:03 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin martın 7-də keçirilən iclasında insan hüquqları üzrə müvəkkilin (ombudsman) illik məruzəsi dinləniləcək.
Azərbaycan Parlamentində bu həftə ombudsmanın hesabatı dinləniləcək

Azərbaycan, Bakı, 5 mart / Trend müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisinin martın 7-də keçirilən iclasında insan hüquqları üzrə müvəkkilin (ombudsman) illik məruzəsi dinləniləcək. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin mətbuat xidmətindən bazar ertəsi bildirilib.

Parlamentin iclasında həmçinin "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanun layihəsi, həmçinin Cinayət Məcəlləsinə, "Narkoloji xidmət və nəzarət haqqında" qanuna dəyişikliklər, Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər müzakirəyə çıxarılacaq.

Milli Məclisin iclasında Azərbaycanın Litva, Rusiya, ABŞ, İsrail, Bolqarıstanla imzaladığı hökumətlərarası sazişlərin ratifikasiya olunması gözlənilir.

İclasda, həmçinin "Azərbaycan gömrük orqanlarının tanınma nişanı haqqında" və "Azərbaycan gömrük orqanlarının bayrağı haqqında" qanunların ləğv edilməsi müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti