...

Turizmə dair dörd kitabın təqdimatı keçirilib

Cəmiyyət Materials 5 Mart 2012 14:51 (UTC +04:00)
Azərbaycanda turizm təhsili sahəsində mövcud olan elmi ədəbiyyat boşluğunu doldurmaq üçün 4 yeni kitab çap edilərək istifafəyə verilib.
Turizmə dair dörd kitabın təqdimatı keçirilib

Azərbaycan, Bakı, 5 mart / Trend müxbir İ.İsabalayeva

Azərbaycanda turizm təhsili sahəsində mövcud olan elmi ədəbiyyat boşluğunu doldurmaq üçün 4 yeni kitab çap edilərək istifafəyə verilib.

Trend-in məlumatına görə, BMT-nin İnkişaf Proqramının Turizmin İnkişafı layihəsinin milli əlaqələndiricisi Faiq Qürbətov bildirib ki, Beynəlxalq turizmdə işlədilən termin və anlayışların izahlı lüğəti", "Beynəlxalq turizm hüququ", "Turizm sektorunda çalışanlar üçün məlumat kitabçası" və "Turizmin davamlı inkişafı. Yerli planlaşdırma üzrə mütəxəssislər üçün vəsait" kitablarları bu sahədə çalışanlara faydalı vəsait olacaq.

Sabir Rəhimovun müəllifi olduğu və "Mədəniyyət" qəzetinin layihəsi əsasında Azərbaycan və ingilis dillərində çap edilmiş "Beynəlxalq turizmdə işlədilən termin və anlayışların izahlı lüğəti"ndə 3 mindən artıq termin və anlayışın izahı verilib.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap edilmiş bu kitabların hər biri turizm sahəsini dərindən bilən mütəxəssislər tərəfindən hazırlanıb. Əmir Əliyev və Elnur Aslanovun müəllifliyi ilə çap edilmiş "Beynəlxalq turizm hüququ" kitabı isə Təhsil Nazirliyinin əmri ilə dərslik kimi təsdiq olunub.

Xəbər lenti

Xəbər lenti