...

ABŞ-ın Azərbaycandakı səfirliyində Novruz bayramı qeyd edilib (FOTO)

Cəmiyyət Materials 16 Mart 2012 18:12 (UTC +04:00)
Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyinin iqamətgahında Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
ABŞ-ın Azərbaycandakı səfirliyində Novruz bayramı qeyd edilib (FOTO)

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir E.Mehdiyev/

Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyinin iqamətgahında Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Trend-in məlumatına görə, ABŞ-ın Azərbaycandakı işlər müvəkkili Adam Sterlinq təbrirdə çıxış edərək Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib, bu bayramın hər bir kəsə uğur gətirməsini arzulayıb.

Tədbirdə səfirlik əməkdaşları, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbir zamanı Azərbaycanın milli rəqsləri, musiqisi, şirniyyatları nümayiş etdirilib. Daha sonra Azərbaycan milli mətbəxinin xörəklərindən ibarət ziyafət verilib.

Xəbər lenti

Xəbər lenti