...

Bakıda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət Materials 30 Mart 2012 10:04 (UTC +04:00)
Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar olaraq Bakının bəzi küçə və prospektində avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırılacaq.
Bakıda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 30 mart / Trend müxbir K.Zərbalıyeva/

Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar olaraq Bakının bəzi küçə və prospektində avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu gündən sabah səfər başa çatanadək hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə fasilələrlə İnşaatçılar prospekti, Hüseyn Cavid küçəsi, Parlament prospekti, Mehdi Hüseyn, Teymur Elçin, Niyazi küçələri, Azneft dairəsi, Neftçilər prospekti, Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti və Aeroport şosesi istiqamətində avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.

Yol Polisi sürücülərə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə edilməsini və alternativ yollardan istifadə olunmasını tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti