...

Nəqliyyat Nazirliyində "Eurovision 2012" mahnı müsabiqəsi ilə əlaqədar müşavirə keçirilib

Cəmiyyət Materials 5 Aprel 2012 17:30 (UTC +04:00)
"Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsinə hazırlıqla bağlı cümə axşamı Nəqliyyat Nazirliyində müşavirə keçirilib.
Nəqliyyat Nazirliyində "Eurovision 2012" mahnı müsabiqəsi ilə əlaqədar müşavirə keçirilib

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir E.İsmayılov/

"Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsinə hazırlıqla bağlı cümə axşamı Nəqliyyat Nazirliyində müşavirə keçirilib.

Trend-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi ilə keçirilən müşavirədə mahnı müsabiqəsinin keçirilməsinə hazırlıq prosesi ilə bağlı həyata keçirilən tədbirlər müzakirə edilib.

Nəqliyyat-yol kompleksinə daxil olan qurumlar üzrə görülmüş işlərin hesabatı dinlənilib, nəzərdə tutulan tədbirlər barədə geniş fikir mübadiləsi aparılıb.

Avtomobil yollarının vəziyyəti, yol nişanlarının qoyulması, müvafiq istiqamətlər üzrə xüsusi marşrut sxemlərinin işlənib hazırlanması, Bakıya gələn rəsmi qonaqların və turistlərin avtobus və taksilərlə daşınması ilə bağlı hərəkət sxemləri, 22 yerdə xüsusi taksi dayanacağının yaradılması, sərnişindaşımanın tənzimlənməsi məqsədilə dispetçer məntəqələrinin təşkili məsələlərindən danışılıb.

Bundan başqa, sərnişin avtobuslarını və sərnişindaşıma ilə məşğul olan digər avtonəqliyyat vasitəsini idarə edən sürücülər üçün kursların təşkili, hazırlanması, taksi maşınlarına taksometrlərin və Pos-terminalların quraşdırılması və s. kimi məsələlər də müzakirə mövzusu olub.

Müşavirənin sonunda Ziya Məmmədov Nəqliyyat Nazirliyinin tabeli qurumlarının rəhbərlərinə müvafiq tapşırıqlarını verib.

Xəbər lenti

Xəbər lenti