...

Elsəvər Ağayev: Apteklərdə narkotik təsir göstərən dərmanlar reseptsiz satılmır

Cəmiyyət Materials 11 Aprel 2012 13:50 (UTC +04:00)
Azərbaycanda apteklərdə narkotik təsiri göstərən dərmanlar reseptsiz satılmır.
Elsəvər Ağayev: Apteklərdə narkotik təsir göstərən dərmanlar reseptsiz satılmır

Azərbaycan, Bakı, 11 aprel / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda apteklərdə narkotik təsiri göstərən dərmanlar reseptsiz satılmır. Trend-in məlumatına görə, bunu Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev çərşənbə günü jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, narkotik təsiri göstərən dərmanların siyahısı beynəlxalq qurumlar tərəfindən müəyyənləşdirilib. Əgər hansısa dərman insan orqanizmi üçün asılılıq yarada bilərsə, onlar dövriyyəsinə nəzarət olunan xüsusi dərmanların siyahısına daxil edilir.

Nazir müavini hesab edir ki, səhiyyə sisteminin narkotik və psixotrop tərkibli dərmanlardan tam imtina etməsi də mümkün deyil. Onun sözlərinə görə, bu gün səhiyyəni narkotik, psixotrop maddələrsiz təsəvvür etmək olmaz.

Ağayev bildirib ki, Azərbaycanda məktəblilər arasında da narkotik vasitələrdən istifadə edənlər var. Buna görə də, məktəblərdə təbliğat işləri aparılmalı və bu işə valideynlər, cəmiyyət cəlb olunmalıdır. Nazir müavini hesab edir ki, narkotik və psixotrop maddələrin qeyri-qanuni istifadəsi hallarına qarşı mübarizədə hər bir kəs, o cümlədən valideynlər, şagirdlər də aktiv olmalıdırlar.

Xəbər lenti

Xəbər lenti