...

Azərbaycanda pasiyentə zərər törədə biləcək tibbi məlumatların ona verilməsi qadağan olunacaq

Cəmiyyət Materials 11 Aprel 2012 15:54 (UTC +04:00)
Milli Məclisin Sosial siyasət komitəsinin çərşənbə günü keçirilən iclasında "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna dəyişikliklər edilməsi barədə layihə müzakirə olunub.
Azərbaycanda pasiyentə zərər törədə biləcək tibbi məlumatların ona verilməsi qadağan olunacaq

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir M.Əliyev/

Milli Məclisin Sosial siyasət komitəsinin çərşənbə günü keçirilən iclasında "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna dəyişikliklər edilməsi barədə layihə müzakirə olunub.

Trend-in məlumatına görə, komitə sədri Hadı Rəcəbli qanun layihəsinin Milli Məclisə Azərbaycan Prezidentinin imzası ilə daxil olduğunu bildirib. O, təklif edilən dəyişikliklər barədə məlumat verib. Qanunun 25-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, psixiatriya yardımı alan və ya əvvəllər psixiatriya yardımı almış şəxsə göstərilən yardım tədbirləri barədə məlumatlar şəxsin özünün və yaxud onun qanuni nümayəndəsinin yazılı müraciətindən sonra 2 gün ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunmalıdır.

Təklifə əsasən, pasiyentin məlumatları əldə etmək hüququ yalnız onun sağlamlığına zərərin vurulmasının qarşısının alınması və digər şəxslərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə məhdudlaşdırıla bilər. Həmçinin, təklif olunan dəyişikliklər qəbul edilərsə, pasiyentə zərər törədə biləcək məlumatların ona verilməsi qadağan olunacaq.

Müzakirələrdən sonra layihə Milli Məclisin plenar sessiyasına tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti