...

Ekologiya Nazirliyi meteohəssas insanlara xəbərdarlıq edir

Cəmiyyət Materials 16 Aprel 2012 12:17 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara xəbərdarlıq edir.
Ekologiya Nazirliyi meteohəssas insanlara xəbərdarlıq edir

Azərbaycan, Bakı, 16 aprel / Trend müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara xəbərdarlıq edir.

Nazirliyin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, aprelin 17-19-da Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişli olsa da, 19-da atmosfer təzyiqinin enərək normadan aşağı olması fonunda mülayim cənub küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Aprelin 17-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Gündüz buludluluğun artacağı, axşama doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.

Aprelin 17-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Şimal-qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16,
gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti