...

DİN: Azərbaycanda internet vasitəsilə uşaqların seksual zorakılığa cəlb edilməsi geniş yayılıb

Cəmiyyət Materials 16 Aprel 2012 12:23 (UTC +04:00)
İnternet vasitəsilə uşaqların seksual zorakılığa cəlb edilməsi geniş yayılıb. Sosial şəbəkələr gənc və orta nəslin yox, azyaşlıların gündəlik oyun, ünsiyyət məkanlarından birinə çevrilib.
DİN: Azərbaycanda internet vasitəsilə uşaqların seksual zorakılığa cəlb edilməsi geniş yayılıb

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir M.Əliyev/

İnternet vasitəsilə uşaqların seksual zorakılığa cəlb edilməsi geniş yayılıb. Sosial şəbəkələr gənc və orta nəslin yox, azyaşlıların gündəlik oyun, ünsiyyət məkanlarından birinə çevrilib. Trend-in məlumatına görə, Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi Hüseyn Əliyev bazar ertəsi "Biz zorakılığa yox deyirik!" adlı mövzusunda keçirilən tədbirdə bildirib.

"Uşaqlar arasında sosial şəbəkələrə maraq gündən-günə artır və bu maraq xoşagəlməz olur. Gənclərin əksəriyyətinin bilik və bacarıqlarının artırılması üçün bu xidmətlərdən istifadə etməsinə baxmayaraq, uşaqların bəziləri Facebook, Odnoklassniki və Twitter kimi tanınan sosial şəbəkələrə daxil olaraq erotik və pornoqrafik görüntülərə baxırlar və bu da əqli, mənəvi inkişafa mənfi təsir göstərir", - Əliyev deyib.

Onun sözlərinə görə, valideyn nəzarətindən kənar qalan azyaşlı qızlar isə bu şəbəkələrdə əks cinc nümayəndələrinin təsirinə düşərək onlarla ünsiyyət qururlar. Sonda bu tanışlıq cinsi zorakılığa gətirib çıxarır və onlar da yaş ötdükcə, insan alverinin qurbanlarına çevrilirlər.

2011-ci il ərzində Bakı şəhərində uşaqlara qarşı zorakılıqla bağlı 184 cinayət hadisəsi qeydə alınıb. Onlardan 44 fakt döymə, 21 fakt 16 yaşına çatmayan şəxslərlə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər, 34 fakt yol nəqliyyat hadisəsi, 14 fakt xuliqanlıq, 10 fakt qəsdən sağlamlığa zərər vurma və sair cinayətlərdir.

Əliyev bildirib ki, 2012-ci ilin ilk üç ayı ərzində isə uşaqlara qarşı zorakılıqla bağlı bu göstərici 33 olub.

Xəbər lenti

Xəbər lenti