...

Ukraynada azərbaycanlı gənclərin iki illik fəaliyyətlərinə qiymət verilib (FOTO)

Cəmiyyət Materials 26 Aprel 2012 12:00 (UTC +04:00)
Kiyev şəhərində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin yaranmasının 2 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
Ukraynada azərbaycanlı gənclərin iki illik fəaliyyətlərinə qiymət verilib (FOTO)

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir M.Əliyev/

Kiyev şəhərində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin yaranmasının 2 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Trend-in birliyin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, toplantıda Ukraynanın müxtəlif vilayət və şəhərlərindən gəlmiş 300 gənc iştirak edib. Azərbaycan və Ukraynanın hökumət və dövlət rəsmilərinin, media və diplomatik korpus nümayəndələrinin qatıldığı tədbiri Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov açaraq, rəhbərlik etdiyi qurumun 2 illik fəaliyyəti haqqında ətraflı məlumat verib.

Bu gün təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanın inkişaf edərək bölgədə lider dövlətə çevrilməsindən qürur duyduqlarını bildirən birliyin sədri ölkəmizin beynəlxalq imicinin yüksəldilməsində, xalqımızın qədim və zəngin mədəniyyətinin təbliğ olunmasında, xüsusəndə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xaricdə yaşayan azərbaycanlı gənclərin üzərinə düşən öhdəliklərdən danışıb.

Tədbirdə Ukrayna İdman və Gənclər İdarəsinin sədr müvini Sergey Olişenko, Zalatoya Fortuna akademiyaının baş katibi Dimitri Akimov, Ukrayna Milli televiziyasının vitse-prezidenti Valid Arfuş və Ukraynanın digər rəsmi şəxsləri çıxış edərək Ukraynanın sosial mədəni həyatı ilə bağlı silsilə tədbirlər keçirən Ukrayna Azərbaycanlı Gənclər Birliyinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bir çox sahələrlə yanaşı, gənclər siyasətinə xüsusi yer ayrıldığını vurğulayıb. Yarandığı 2 il müddətində təşkilatlanaraq Ukraynada Azərbaycan mədəniyyətinin əsl təbliğatçısına çevrilən Ukrayna Azərbaycanlı Gənclər Birliyinə gələcək işlərində uğurlar arzulayıb.

Sonra tədbirə qatılanlar Ukrayna Azərbaycanlı Gənclər Birliyinin həyata keçirdiyi tədbirləri özündə əks etdirən video çarxa baxmaqla birliyin səmərəli fəaliyyəti ilə tanış olublar.

Daha sonra toplantıda Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayan üzrə nümayəndəliyinin rəhbəri Elçin Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Ruslan Quliyev, ASAİF sədri Orxan Əkbərov, Ukrayna Azərbaycanlıları Konqresinin ali məclisinin sədri Akif Gülməmmədov və digər qurumların nümayəndələri çıxış edərək yarandığı 2 il müddətində böyük inkişaf yolu keçən Ukrayna Azərbaycanlı Gənclər Birliyinə xoş və səmimi arzularını bildiriblər.

Tədbirdə Odessa, Dnepropetrovsk vilayət qubernatorlarının Ukrayna Azərbaycanlı Gənclər Birliyinə ünvanladıqları təbrik məktubları oxunub. Qurumun inkişafinda xidmətləri olan gənclərə fəxri diplomlar təqdim olunub. Rəsmi hissədən sonra Azərbaycan və Ukraynanın tanınmış gənc müğənnilərinin ifasında geniş konsert proqramı nümayiş etdirilib. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin şən və hazırcavablar klubunun hazırladığı nömrələr və müğənnilərin şən mahnıları tədbirə qatılanlara xoş və yadda qalan anlar yaşatdırıb.

Xəbər lenti

Xəbər lenti