Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir İ.İsabalayeva/
Bakıda növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mayın 28-dən iyunun 1-ə qədər keçiriləcək. Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev cümə günü Bakıda mədəni irsin qorunmasına dair keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Azərbaycanda həm islam, həm xristian, həm yəhudi bayramları qeyd olunur. Azərbaycana gələn qonaqlar isə bu nailiyyətləri görürlər.
Azərbaycanın dünyada tolerant ölkə kimi tanındığını deyən Qarayev bildirib ki, bu gün Bakının mərkəzində erməni kilsəsi mövcuddur. Ancaq ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində mədəni, tarixi abidələri dağıdırlar.
Nazir, həmçinin qeyd edib ki, ermənilər qədim alban kilsələrini öz abidələri kimi təqdim edirlər. Bu isə yolverilməzdir.
Bakıda növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi tarixi açıqlanıb
Bakıda növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mayın 28-dən iyunun 1-ə qədər keçiriləcək.
