Azərbaycan, Bakı, 17 may /Trend, müxbir E. İsmayılov/
"Azərenerji" SC Bakıda "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi günlərdə enerji təchizatını yüksək səviyyədə təmin edəcək. Bu barədə cümə axşamı Trend-ə SC-dən bildiriblər.
"Azərenerji"dən deyiblər ki, SC-nin enerji istehsal edən və ötürücü obyektləri paytaxtı elektrik enerjisi ilə təmin etməyə tam hazırdır.
"Bakıda mahnı müsabiqəsinin keçiriləcəyi dövrdə "Azərenerji" gücləndirilmiş iş rejimində işləyəcək", - SC-dən qeyd ediblər.