Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İsabalayeva/
Baş vermiş zəlzələ ilə əlaqədar olaraq, Şəki rayonunun bəzi orta məktəblərində dərslər dayandırılıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib.
Onun sözlərinə görə, zəlzələ nəticəsində Zaqatala, Şəki və Balakəndə əsasən köhnə məktəb binalarına ziyan dəyib.
Nazir hazırda müvafiq qurumlar tərəfindən ərazidə iş aparıldığını da söyləyib.
Mərdanov əlavə edib ki, "Eurovision 2012" mahnı müsabiqəsi ilə əlaqədar Bakı şəhərində 30-a yaxın məktəbdə dərslər bir həftə müddətinə dayandırılıb. Həmin məktəblər əsasən paytaxtın Səbail rayonunda yerləşir.