...

Almaniyanın KİV nümayəndələri: Azərbaycanın iqtisadi və siyasi inkişafı çox heyrətləndiricidir (FOTO)

Cəmiyyət Materials 6 İyun 2012 12:37 (UTC +04:00)
Azərbaycanın iqtisadi, siyasi və sosial inkişafı çox heyrətləndiricidir. Almaniyanın "WAZ Media Group"unun baş redaktoru və xarici siyasət üzrə xüsusi müxbiri Riçard Kissler belə hesab edir.
Almaniyanın KİV nümayəndələri: Azərbaycanın iqtisadi və siyasi inkişafı çox heyrətləndiricidir (FOTO)

Azərbaycan, Bakı, 6 iyun / Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycanın iqtisadi, siyasi və sosial inkişafı çox heyrətləndiricidir. Almaniyanın "WAZ Media Group"unun baş redaktoru və xarici siyasət üzrə xüsusi müxbiri Riçard Kissler belə hesab edir.

"Son 20 il ərzində ölkədə nəhəng dəyişikliklər baş verib. Sizin iqtisadi, siyasi və sosial inkişafınız son dərəcə heyranedicidir", - Kissler Trend-ə müsahibəsində deyib.

"WAZ Media Group" Almaniyada böyüklüyünə görə üçüncü nəşriyyat evidir.

Almaniyanın nümayəndə heyəti Bakıda bir həftəlik səfərdədir.

Kisslerin sözlərinə görə, onların səfərində məqsəd Azərbaycan haqqında daha çox öyrənməkdir.

"Biz burada nə baş verdiyini Almaniyada danışmaq üçün bir az çox iş görməliyik", - o deyib.

Kissler qeyd edir ki, onun bəzi alman həmkarlarının KİV-də təsvir etdikləri şəkil tamamilə saxtalaşdırılıb. Onun sözlərinə görə, Azərbaycan haqqında yazanların əksəriyyəti burada heç vaxt olmayıblar və onlar bu ölkə barədə heç nə bilmirlər.

"Məndə Azərbaycanın başqa şəkli var. Mən ölkəni gəzdim və artıq kənd yerlərində böyük inkişafın olduğunu gördüm. Bu, həm evlərin bərpası, həm də yeni evlərin tikintisi ilə bağlıdır", - o deyib.

Jurnalistin sözlərinə görə, onun Azərbaycanda söhbət etdikləri adamlar deyirlər ki, kənd yerlərində həyat səviyyəsi on il bundan əvvəlki ilə müqayisədə yaxşılaşıb. Bu, cəmiyyətin inkişafı üçün çox vacibdir.

Alman Sənətkarları Mərkəzi Birliyinin sədri, "WilmerHale" firmasının baş hüquq məsləhətçisi, Almaniyanın Hüquq strategiyası və ictimai siyasət qrupunun üzvü Hans-Eberhard Şleyerin sözlərinə görə, Bakı çox gözəl şəhərdir.

"Xarici turist kimi bizim üçün gördüklərimiz valehedici oldu", - o Trend-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan müsəlmanların, xristianların və yəhudilərin birgə və dinc yaşadıqları çoxmədəniyyətli cəmiyyətdir.

"Mən almanların buraya gəlməsini və hər şeyi öz gözləri ilə görmələrini çox istərdim", - Şleyer deyib.

Xəbər lenti

Xəbər lenti