...

Azərbaycanda keçirilən sonuncu buraxılış imtahanında 840 nəfər 11-ci sinif şagirdi Ana dilindən, 1536 nəfər Riyaziyyatdan “2” alıb

Cəmiyyət Materials 2 İyul 2012 10:30 (UTC +04:00)
Azərbaycanda keçirilən sonuncu buraxılış imtahanında iştirak edən 11094 nəfər 11 sinif şagirdinin 840 nəfəri Ana dilindən, 1536 nəfəri Riyaziyyatdan "2" qiyməti alıb.
Azərbaycanda keçirilən sonuncu buraxılış imtahanında 840 nəfər 11-ci sinif şagirdi Ana dilindən, 1536 nəfər Riyaziyyatdan “2” alıb

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda keçirilən sonuncu buraxılış imtahanında iştirak edən 11094 nəfər 11 sinif şagirdinin 840 nəfəri Ana dilindən, 1536 nəfəri Riyaziyyatdan "2" qiyməti alıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, tam orta təhsil bazası (11 illik) üzrə keçirilmiş buraxılış imtahanın nəticələrinə əsasən, imtahanda iştirak edən 11094 məzunun 1259-u Ana dilindən, 1118-i riyaziyyatdan "5" alıb. İmtahanda iştirak edən 6870 nəfərin Ana dilindən, 6362 nəfər Riyaziyyatdan biliyi "3", 2124 nəfərin Ana dilindən, 2078 nəfəri isə Riyaziyyatdan biliyi "4"lə qiymətləndirilib.

Ümumi orta təhsil bazasında (9 illik) buraxılış imtahanının nəticələrinə əsasən, imtahanda iştirak edən 17786 şagirddən 2705 nəfəri Ana dilindən, 3840 nəfəri isə Riyaziyyatdan "2" alıb. 833 şagird Ana dilindən, 744 şagird Riyaziyyatdan "5", 11524 nəfəri Ana dilindən, 11740 nəfəri Riyaziyyatdan "3", 2724 nəfəri Ana dilindən, 1462 nəfəri isə Riyaziyyatdan"4" lə qiymətləndirilib.

Ümumi (9 illik) və tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanlarında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.

XI sinif şagirdlərinin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur:

Qiymət

Fənlər üzrə düzgün cavabların sayı

Ana dili

(Azərbaycan bölməsi)

Rus dili

(rus bölməsi)

Riyaziyyat

2

0-4

0-4

0-4

3

5-16

5-16

5-15

4

17-25

17-24

16-25

5

26-30

25-30

26-30

IX sinif şagirdlərinin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur:

Qiymət

Fənlər üzrə düzgün cavabların sayı

Ana dili

(Azərbaycan bölməsi)

Ana dili

(rus bölməsi)

Riyaziyyat

2

0-4

0-4

0-4

3

5-14

5-14

5-14

4

15-23

15-22

15-21

5

24-30

23-30

22-30

Qeyd edək ki, iyunun 29-da Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Şirvan, Salyan, Neftçala, Hacıqabul və Biləsuvarda təhsil alan XI-IX sinif şagirdləri üçün buraxılış imtahanları keçirilib.

Xəbər lenti

Xəbər lenti