...

SABIT proqramı üzrə Bakıda marketinq seminarı keçirilib

Cəmiyyət Materials 19 İyul 2012 11:48 (UTC +04:00)
Xüsusi Amerika Biznes Təcrübə Təlim (SABIT) proqramı üzrə cümə axşamı Bakıda marketinq seminarı keçirilib.
SABIT proqramı üzrə Bakıda marketinq seminarı keçirilib

Azərbaycan, Bakı, 19 iyul / Trend müxbir M.Əliyev/

Xüsusi Amerika Biznes Təcrübə Təlim (SABIT) proqramı üzrə cümə axşamı Bakıda marketinq seminarı keçirilib.

Trend-in məlumatına görə, ABŞ-ın Bakıdakı missiya rəhbərinin icraçı müavini Maykl Qrinin açılış nitqi ilə çıxış etdiyi seminarda brendinq, bazarın seqmentasiyası, biznes analizlərdə marketinqin rolu və marketinq metrikləri daxil olmaqla, müasir marketinqin başlıca aspektləri müzakirə olunub.

O bildirib ki, SABIT Azərbaycan iştirakçıları üçün bu il üç proqram təşkil edib. Bu proqramların mövzuları sırasında şərab məhsullarının marketinq və təşviqi, turizm və həmçinin əqli mülkiyyət hüquqlarının kommersiyalaşdırılması olub.

Seminar həm məruzə, həm də təlimatçının yönləndirdiyi müzakirə formatında baş tutub.

SABİT proqramı Avrasiyanın biznes rəhbərləri üçün ABŞ-ın mütərəqqi biznes təcrübəsi üzrə təlim keçməklə tərəfdaşlıq yaradır və texniki yardım göstərir. Bu təlim proqramları ABŞ sənayesi üçün dəyərli ixrac və invüstisiya imkanları yaratmaqla, bazar iqtisadiyyatı əsasında islahatları dəstəkləmək vasitəsilə Avrasiyanın iqtisadiyyatı və vətəndaş cəmiyyətinin inkişafını birbaşa olaraq dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti