...

Azərbaycan və Şimali Kipr KİV-ləri arasındakı əlaqələrin hazırkı vəziyyəti müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 24 İyul 2012 17:44 (UTC +04:00)
Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Şimali Kipr Türk Respublikasının Azərbaycan nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu ilə görüşüb.
Azərbaycan və Şimali Kipr KİV-ləri arasındakı əlaqələrin hazırkı vəziyyəti müzakirə olunub (FOTO)

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Şimali Kipr Türk Respublikasının Azərbaycan nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu ilə görüşüb.

Şuradan Trend-ə verilən məlumata görə, görüşdə Şimali Kipr mediası ilə Azərbaycanın kütləvi informasiya vasitələri arasındakı əlaqələrin hazırkı vəziyyətinə dair müzakirələr aparılıb.

MŞ sədri Amaşov Qazioğlunun Azərbaycanda diplomatik missiya yerinə yetirdiyi müddətdə mediamızın daim diqqət mərkəzində olan şəxsə çevrildiyini, rəğbətlə qarşılandığını vurğulayıb, bu amili ümumən qarşılıqlı münasibətlərdə ən mühüm cəhət kimi önə çəkib.

Bu günlərdə ölkəmizdəki diplomatik missiyası başa çatacaq Qazioğlu Bakıda keçirdiyi illərin peşəkar fəaliyyətində son dərəcə önəmli yer tutduğunu vurğulayıb, xüsusən Azərbaycan mediası ilə təmaslardan daim zövq aldığını, KİV-lərimizin Şimali Kipr həqiqətlərinin çatdırılmasında fəal mövqe nümayiş etdirdiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti