...

"Təhlükəsiz Şəhər" sistemi vasitəsilə 79 avtoxuliqanlıq faktının üstü açılıb

Cəmiyyət Materials 31 İyul 2012 16:46 (UTC +04:00)
"Təhlükəsiz Şəhər" sistemi vasitəsilə bu ilin altı ayında 79 avtoxuliqanlıq faktının üstü açılıb, Trend-in məlumatına görə, bunu çərşənbə axşamı keçirilən Daxili İşlər Nazirliyinin kollegiya iclasında çıxışı zamanı daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov deyib.
"Təhlükəsiz Şəhər" sistemi vasitəsilə 79 avtoxuliqanlıq faktının üstü açılıb

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir K.Zərbalıyeva/

"Təhlükəsiz Şəhər" sistemi vasitəsilə bu ilin altı ayında 79 avtoxuliqanlıq faktının üstü açılıb, Trend-in məlumatına görə, bunu çərşənbə axşamı keçirilən Daxili İşlər Nazirliyinin kollegiya iclasında çıxışı zamanı daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov deyib.

Eyvazovun sözlərinə görə, "Təhlükəsiz Şəhər" sisteminin imkanlarından daha səmərəli istifadə edilib və aşkarlanmış hadisələrin sayı ötən ilin 6 ayı ilə müqayisədə 1,5 dəfə, yaxud 1264 fakt çox olub. Nəticədə 3473 yol-nəqliyyat hadisəsi, 258 ictimai asayişin pozulması, 41 yanğın, axtarışda olan 61 avtomobil və s. müəyyən edilib, 28 cinayətin üstü açılıb.

Qanunsuz saxlanılan 582 odlu silah, 26 mindən çox sursat götürülüb.

Nazir müavini deyib ki, hesabat dövründə qarşıda duran başlıca vəzifələrdən biri cinayət və hadisələr barədə məlumatlara operativ və məqsədyönlü reaksiya verilməsi olmaqla, vətəndaşların polis orqanlarının növbətçi hissələrinə etdikləri 77.000 müraciət üzrə qanuni tədbirlər görülüb, "102" xidməti tərəfindən məişət zəminində baş vermiş 4000 hüquqazidd əməlin qarşısı alınıb, 7 mindən çox vətəndaşa hüquqi yardım göstərilməsi təmin edilib.

Xəbər lenti

Xəbər lenti