...

Xetaq Qazyumov Azərbaycana Olimpiadanın 10-cu medalını gətirib

Cəmiyyət Materials 12 Avqust 2012 22:09 (UTC +04:00)
Azərbaycanın sərbəst güləşçisı Xetaq Qazyumov (96 kq) Londonda keçirilən Olimpiya oyunlarının bürünc medalını qazanıb.
Xetaq Qazyumov Azərbaycana Olimpiadanın 10-cu medalını gətirib

Azərbaycan, Bakı, 12 avqust /Trend/

Azərbaycanın sərbəst güləşçisı Xetaq Qazyumov (96 kq) Londonda keçirilən Olimpiya oyunlarının bürünc medalını qazanıb. Həlledici döyüşdə Qazyumov İran təmsilçisi Reza Yazdani ilə görüşməli olsa da, rəqib zədəyə görə döyüşdən imtina edib. Beləliklə, Xetaq Qazyumov Azərbaycana Olimpiadanın 10-cu medalını gətirib.

Bu gün mübarizəyə qoşulan Qazyumovun ilk rəqibi Belaruslu Ruslan Şeyxov olub.

Təmsilçimiz ilk görüşünü qalib başa vuraraq (1:0, 1:0), növbəti mərhələyə addımlayıb.

1/4 finalda Qazyumovun rəqibi Ukraynalı Valeri Andriytsev idi. İdmançımız birinci raundda üstün olsa da, görüşdə məğlub olub. Bununla belə, Qazyumov bürünc medal uğrunda mübarizəyə qoşuldu.

Qazyumov təsəlliverici görüşdə Tacikistanlı Rüstəm İsgəndərini məğlub edib, və beləliklə 3-cü yer uğrunda İran təmsilçisi Reza Yazdani ilə döyüşməli idi..

Bu gün Azərbaycanın sərbəst güləş üzrə yığmasının daha bir üzvü, Cəbrayıl Həsənov (66 kq) Olimpiadada mübarizəyə qoşulub. Həsənovun ilk rəqibi isə Bolqarıstan təmsilçisi Leonid Bazan olub.

Döyüş idmançımızın qələbəsi ilə nəticələnib. Beləliklə, Həsənov 1/4 finala vəsiqə qazanıb.

Onun növbəri rəqibi Belaruslu Əli Şabanov olub. Rəqibi qərqin mübarizədə udan idmançımız Olimpiadanın yarımfinalında yer alıb.

Lakin yarınfinalda Həsənov Yaponiyalı Tatsuxiro Yonemitsuya məğlub olub, və yalnız bürünc medal uğrunda mübarizə aparmalı olub.

Həlledici döyüşdə idmançımız Kubalı Livan Lopezə uduzaraq yarışda iştirakını bitirib.

Xəbər lenti

Xəbər lenti