...

CAR-da Azərbaycan mədəniyyəti nümayiş olunub (FOTO)

Cəmiyyət Materials 15 Sentyabr 2012 15:02 (UTC +04:00)
Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyi ölkənin Pretoriya şəhərində CAR-ın Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin təşkil etdiyi "Diplomatik yarmarka"da iştirak edib.
CAR-da Azərbaycan mədəniyyəti nümayiş olunub  (FOTO)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyi ölkənin Pretoriya şəhərində CAR-ın Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin təşkil etdiyi "Diplomatik yarmarka"da iştirak edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, hər il təşkil edilən ənənəvi yarmarkada CAR-da fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinə öz ölkələrinin tarixi və mədəniyyətini təqdim etmək şəraiti yaradılır.

Azərbaycan səfirliyi də öz növbəsində ölkə üçün ayrılmış hissədə ölkəmizin tarixini və müasir dövrünü əks etdirən fotoşəkillər, xalçalar, kitablar, milli şirniyyatlar və mədəniyyətimizi əks etdirən digər əşyaları nümayiş etdirib.

Yarmarkanı açıq elan edən departamentin nazir müavini İbrahim İbrahim daha sonra sərgidə iştirak edən ölkələrin səfirləri ilə birgə yarmarkanı gəzərək həmin ölkələrin sərgiləri ilə tanış olub.

Qeyd edək ki, Azərbaycan səfirliyi CAR üçün ənənəvi sayılan yarmarkada ilk dəfədir ki, iştirak edib. Tədbiri iki gün ərzində minlərlə xarici və yerli vətəndaşlar ziyarət edib.

Xəbər lenti

Xəbər lenti