...

Bakıda son bir həftədə yol qəzalarında 11 nəfər ölüb

Cəmiyyət Materials 20 Sentyabr 2012 16:52 (UTC +04:00)
Bakıda son bir həftə ərzində baş vermiş yol hərəkəti qaydalarının pozuntusu ilə bağlı statistika açıqlanıb.
Bakıda son bir həftədə yol qəzalarında 11 nəfər ölüb

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Bakıda son bir həftə ərzində baş vermiş yol hərəkəti qaydalarının pozuntusu ilə bağlı statistika açıqlanıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu müddət ərzində Bakıda 31 yol-nəqliyyat hadisəsi zamanı 11 nəfər həlak olub, 34 nəfər xəsarət alıb.

Əsədovun sözlərinə görə, hadisələrin əsas başvermə səbəbi avtomobillərin yüksək sürətlə idarə edilməsidir.

Bölmə rəisi deyib ki, yol-nəqliyyat hadisələrinin qarşısını almaq və hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə yol polisi tərəfindən keçirilən tədbirlər zamanı 7 min 861 hərəkət iştirakçısı saxlanılaraq məsuliyyətə cəlb edilib.

Sürət həddinin aşılmasına qarşı aparılan işlərdə 164 inzibati protokol tərtib edilib. Piyadaların vurulması hallarına qarşı mübarizə tədbirləri çərçivəsində həftə ərzində 1112 piyada saxlanılaraq məsuliyyətə cəlb edilib.

Bundan başqa, 102 avtomobili sərxoş halda idarə edən, 74 sərnişindaşıma qaydalarını pozan, 7 min 801 ötmə və manevir qaydalarını pozan, 9 avtoxuliqanlıq edən, 161 görünüşü məhdudlaşdıran və şəffaflığı pozan pərdə və plyonkanı avtomobilin şüşəsinə quraşdıran, çoxavazlı, 34 yüksək tonlu səsi artırıb-azaldan seren və musiqi səsli siqnalları avtomobillərə quraşdıran, 28 avtomobilin hərəkəti zaman mobil telefonla danışan, 25 dövlət nömrə nişanı olmadan avtomobili idarə edən, 99 sürücülük vəsiqəsi olmadan avtomobili idarə edən sürücü saxlanılaraq məsuliyyətə cəlb edilib.

Xəbər lenti

Xəbər lenti