...

Milli Televiziya və Radio Şurası telekanallara xəbərdarlıq etdi

Cəmiyyət Materials 20 Sentyabr 2012 18:18 (UTC +04:00)
Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
Milli Televiziya və Radio Şurası telekanallara xəbərdarlıq etdi

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, iclasda "Azad Azərbaycan Teleradio Şirkəti" və "ANS Müstəqil Yayım və Media Şirkəti" tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb.

17.09.2012-ci il, 18.09.2012-ci il tarixlərdə, saat 17:00 və 19:00 intervalında ANS televiziyasının efirində yayımlanan "İkinci həyat" verilişində və 17.09.2012-ci il, 18.09.2012-ci il tarixlərdə, saat 17:00 və 19:00 intervalında ATV televiziyasının efirində yayımlanan "Ümid var" verilişində "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın 2.7, 2.8-ci bəndlərinin tələbləri pozulduğundan Milli Televiziya və Radio Şurasının qərarına əsasən, "Azad Azərbaycan Teleradio Şirkəti" və "ANS Müstəqil Yayım və Media Şirkəti"nə xəbərdarlıq elan edilib.

Xəbər lenti

Xəbər lenti