...

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqəyə yekun vurulub

Cəmiyyət Materials 2 Oktyabr 2012 19:15 (UTC +04:00)
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 2012-ci il iyun ayının 9-da keçirilmiş test imtahanında uğur qazanmış namizədlərlə Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası tərəfindən fərdi qaydada söhbət aparılıb və müsabiqəyə yekun vurularaq nəticələrə görə 47 nəfər müvəffəqiyyət qazanıb.
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqəyə yekun vurulub

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 2012-ci il iyun ayının 9-da keçirilmiş test imtahanında uğur qazanmış namizədlərlə Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası tərəfindən fərdi qaydada söhbət aparılıb və müsabiqəyə yekun vurularaq nəticələrə görə 47 nəfər müvəffəqiyyət qazanıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, həmin namizədlərin qanunvericiliyin tələblərinə müvafiq olaraq peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimin keçirilməsinə bu ilin oktyabr ayının 8-də başlanılır.

Aidiyyəti məsələlərlə bağlı nazirliyə müraciət oluna bilər (Bakı şəhəri, İnşaatçılar prospekti 1, telefon: 430-01-18, 430-11-05, elektron poçt: [email protected]).

Xəbər lenti

Xəbər lenti