...

İsveçli ekspert: Beynəlxalq arenada Azərbaycanın rolu artır

Cəmiyyət Materials 5 Oktyabr 2012 14:35 (UTC +04:00)
Beynəlxalq arenada Azərbaycanın rolu artır. Bunu cümə günü Trend-ə II Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən ATƏT PA-nın Qarabağ münaqişəsi üzrə keçmiş xüsusi nümayəndəsi, hazırda Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) sədri Qoran Lenmarker bildirib.
İsveçli ekspert: Beynəlxalq arenada Azərbaycanın rolu artır

Azərbaycan, Bakı, 5 oktyabr / Trend, müxbir A.Bədəlova /

Beynəlxalq arenada Azərbaycanın rolu artır. Bunu cümə günü Trend-ə II Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən ATƏT PA-nın Qarabağ münaqişəsi üzrə keçmiş xüsusi nümayəndəsi, hazırda Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) sədri Qoran Lenmarker bildirib.

"Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkələr sırasındadır. O, şərqin və qərbin, şimal və cənubun qovşağında yerləşir. Odur ki, Azərbaycan hazırkı humanitar forum kimi görüşlərin keçirilməsi üçün çox yaxşı yerdir", - Lenmarker deyib.

Onun sözlərinə görə, Bakıda Beynəlxalq Humanitar Forumun keçirilməsi ideyası həm də ona görə yaxşıdır ki, onun iştirakçıları müxtəlif bölmələrdə işləmək imkanına malikdirlər. Bu bu da dünyada baş verən müxtəlif prosesləri ətraflı şəkildə araşdırmağa imkan verir.

Xəbər lenti

Xəbər lenti