Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 915 qidadan zəhərlənmə hadisəsi baş verib. Bu barədə cümə günü Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası bölməsindən bildirilib.
Məlumata görə, bu hadisələr nəticəsində 1039 nəfər qidadan zəhərlənib. Zəhərlənmə hadisələrinin 14-ü botulizm hadisəsi olub. Bu hadisələrdən 19 nəfər zərər çəkib.
İyul ayı ərzində əhali arasında 114 qidadan zəhərlənmə hadisəsi baş verib, 127 nəfər zərərçəkən olub.
Qeyd edək ki, ötən ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 707 qida zəhərlənməsi hadisəsi baş vermişdi. Bu hadisələr nəticəsində 816 nəfər qidadan zəhərlənmişdi.